"Qarabağ" Avroliqada bu rəqiblə qarşılaşacaq

17 İyun 2026 00:20 (UTC+04:00)

"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. SİA-nın məlumatına görə, Ağdam klubu "Vestri" (İslandiya) ilə üz-üzə gələcək. Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.

Mətləb