Azərbaycan və Əlcəzair arasında enerji, sənaye, turizm, KOB, tranzit, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində Əlcəzairin maliyyə naziri Abdelkrim Bouzred ilə görüşündə baş tutub. Görüşdə həmçinin iki ölkə arasındakı iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər, ticarət və investisiya sahəsində işbirliyinin genişləndirilməsi və onun formalaşdırılması imkanları qeyd edilib.
Mətləb