İdman depressiya ilə mübarizəyə necə kömək edir..?

16 İyun 2026 19:05 (UTC+04:00)

...Alimlər güc məşqləri ilə depressiya riskinin azalması arasında əlaqə aşkar ediblər.

SİA-nın məlumatına görə, “Psypost” elmi jurnalında bildirildiyi kimi, müntəzəm məşqlər təkcə fiziki hazırlığa deyil, həm də zehni sağlamlığa müsbət təsir göstərə bilər.

Tədqiqatçılar daha çox əzələ gücünə malik insanların daha güclü hipokampusa sahib olduqları qənaətinə gəliblər.

Bu, beynin yaddaş, düşüncə və stresslə mübarizə aparmaq qabiliyyətindən məsul olan bölgəsidir.

Mütəxəssislərin fikrincə, fiziki cəhətdən güclü insanların aktiv qalma ehtimalı daha yüksəkdir, emosional stresslə daha yaxşı mübarizə apara bilir və ümumiyyətlə daha çox dözümlülüyə malikdirlər.

Tədqiqat zamanı tədqiqatçılar aşağı və yüksək fiziki hazırlıq səviyyəsinə malik iştirakçılar arasında əhəmiyyətli bir fərq müşahidə ediblər.

Depressiya inkişaf riski təxminən 42 faiz fərqlənib. Tədqiqatın müəllifləri hesab edirlər ki, müntəzəm güc məşqləri beynin narahatlığa, stressə və həyat böhranlarına daha effektiv uyğunlaşmasına kömək edir və insanın psixoloji dözümlülüyünü tədricən artırır.

Əli Babayev