Yeni Rusiya brendi olan Senat-ın dilerlərə göndərilməsi başlayıb

16 İyun 2026 12:32 (UTC+04:00)

Dilerlər yeni Rusiya brendi olan Senat avtomobillərini almağa başlayıblar. Avilon AG şirkətinin marketinq direktoru Yuri Blinov əlavə edib ki, yerli brendin avtomobilləri Moskvadakı Avilon Senat dilerliyində nümayiş olunur.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Senat 900 modeli 2026-cı ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) təqdim olunub. Sedanın qiyməti versiyadan asılı olaraq 12-12,5 milyon rubl təşkil edir.

Senat 900 modelinin uzunluğu 5144 mm, təkər bazası isə 3060 mm-dir. Kapotun altında 326 at gücünə malik 3,0 litrlik V6 mühərriki yerləşir ki, bu da avtomobili 100 km/saat sürətə 6,5 saniyəyə çatdırır. Sürət qutusu səkkiz pilləli avtomatikdir.

Senat 1000 adlı genişləndirilmiş versiyanın istehsalına 2027-ci ilin sonunda başlamaq planlaşdırılır.

Rusiya brendi Senat-ın üçüncü modeli SUV olacaq. Lakin onun nə vaxt satışa çıxarılacağı barədə hələlik heç bir məlumat yoxdur.

Lətifə Abdıyeva