Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 410 min 645,98 ton həcmində neft məhsulları ixrac edib.
SİA-nın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 332 milyon 264,81 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 97,7 %, dəyəri isə 3,5 dəfə çoxdur.
Hesabat aylarında Azərbaycanın ümumi ixracında neft məhsullarının payı 2,38 % olub.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.