Bu gün Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmən başlayıb. Bu barədə Aİ Şurasının sədri Antonio Koşta "X" sosial şəbəkə hesabında yazıb. "Bu gün biz onun daxil olması ilə bağlı danışıqlara başlayaraq Ukraynanın Aİ tərkibindəki gələcəyinə doğru tarixi bir addım atırıq.
Bu (Rusiya-Ukrayna - red.) müharibəyə son qoymağa kömək etmək, ədalətli və davamlı sülhə nail olmaq üçün G7-nin ("Böyük yeddilik") vahid və qətiyyətli mövqeyi zəruridir", - paylaşımda bildirilir.
Mətləb