"Bölgə rahat nəfəs aldı" - Ərdoğandan ABŞ-İran razılaşmasına MÜNASİBƏT

15 İyun 2026 23:06 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran-ABŞ razılaşması barədə danışıb. Türkiyə lideri bəyan edib ki, İsrailin təxribatları nəticəsində 28 fevralda başlayan müharibədə dünən gecə çox vacib bir addım atıldı. “ABŞ ilə İran arasında düşmənçiliyə son qoymaq üçün razılaşma əldə edildiyi açıqlandı. Nəticədə, aylardır gərgin vəziyyətdə olan bölgəmiz rahat nəfəs aldı”, - Ərdoğan bildirib.

Mətləb