Xorvatiyalı futbolçu "Mançester Siti" ilə müqaviləni yenilədi

16 İyun 2026 04:06 (UTC+04:00)

Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiolun "Mançester Siti" klubu ilə müqaviləsinin müddəti uzadılıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər 2031-ci ilin yayına qədər qüvvədə olacaq yeni müqavilə imzalayıblar. Qeyd olunur ki, klub rəhbərliyi xorvatiyalı oyunçunu komandanın əsas simalarından biri kimi dəyərləndirir.

Mətləb