Azərbaycan Türkiyədən metal idxalı xərcini 13 % artırıb

15 İyun 2026 14:17 (UTC+04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyədən 55,845 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib. SİA Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.

Təkcə mayda isə Türkiyə Azərbaycana 11,202 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,2 % azdır.

Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 692,907 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7,9 % çox), İtaliya 465,287 milyon ABŞ dolları (1,5 % az) və Bolqarıstan 361,966 milyon ABŞ dolları (28,3 % çox) dəyərində həyata keçirib.

5 ayda Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 6,7 % artaraq 5,845 milyard ABŞ dollarına çatıb, may ayında isə 4,6 % azalaraq 1,177 milyard ABŞ dollarına düşüb.