Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb

15 İyun 2026 12:12 (UTC+04:00)

Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.