Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda hesab açılıb. Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabda irəli çıxıblar. 6-cı dəqiqədə Feliks Nmeça dəqiq zərbə müəlifi olub.
***
Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda ikinci qol vurulub. Hyuston stadionunda keçirilən E qrupunun matçında Kurasao hesabı bərabərləşdirib - 1:1.
Belə ki, qarşılaşmanın 21-ci dəqiqəsində Livano Komenensiya dəqiq zərbə müəlifi olub.
***
Almaniya - Kurasao oyununda üçüncü qol vurulub. Avropalılar yenidən hesabda irəli çıxıblar - 2:1.
38-ci dəqiqədə Niko Şlotterbek başla dəqiq oynayıb.
***
Almaniya millisi daha bir qol vurub. Qarşılaşmanın 48-ci dəqiqəsində Havets penaltidən fərqlənib. Hesab 3:1 Almaniya millisinin xeyrinədir.
***
Qarşılaşmanın 47-ci dəqiqəsində Camal Musiala diqqət mərkəzinə düşüb. Hesab 4:1 almanların xeyrinədir.
***
68-ci dəqiqədə Nataniel Braun diqqət mərkəzinə düşüb. Almanlar hesabı 5:1-ə çatdırıblar.
***
Futbol üzrə dünya çempionatının Almaniya - Kurasao oyununda yeddinci qol vurulub. Hyuston stadionunda keçirilən E qrupunun matçında avropalılar hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 6:1.
78-ci dəqiqədə Deniz Undav fərqlənib.
***
88-ci dəqiqədə Kay Havertz dubl müəllifi olub. Hesab 7:1 almanların xeyrinədir.
Mətləb