"Tərəfdaşlığımızda yeni fəsil başlayır" - ABŞ rəsmisindən PAYLAŞIM

14 İyun 2026 23:19 (UTC+04:00)

ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blək "X"dəki hesabında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşünə dair paylaşım edib.

SİTAT: "ABŞ-Azərbaycan tərəfdaşlığında strateji investisiya, iqtisadi əməkdaşlıq və ortaq rifah üzərində qurulmuş yeni fəsil başlayır. Regionda ticarətin, investisiyanın və sülhün gücləndirilməsi yollarını müzakirə etmək üçün nazir Mikayil Cabbarovla görüşməkdən məmnunam", - Ben Blək yazıb.

Mətləb