Xankəndidə Milli Qurtuluş Gününə həsr edilmiş ilk konsert olub

14 İyun 2026 22:30 (UTC+04:00)

Xankəndi Mədəniyyət Mərkəzində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan proqramda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri həm yerli, həm də dünya bəstəkarlarının əsərlərini ifa edib.

Mətləb