Pentaqon sonuncu dəfə məxfi NLO materiallarını yayımlayıb…

14 İyun 2026 19:34 (UTC+04:00)

...ABŞ Müdafiə Nazirliyi əvvəllər təsnif edilmiş NLO görüntülərinin daha bir hissəsini yayımladı.

SİA xəbər verir ki, bu barədə Pentaqonun arxiv görüntülərini dərc edən Britaniyanın "The Independent" qəzeti bildirib.

Materiallar toplusuna videolar, fotoşəkillər və şahid ifadələri daxildir.

2025-ci ilin iyul ayına aid videolardan birində gecə səmasında iki qırmızı kürə hərəkət edir.

ABŞ Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bu qeyri-adi hadisənin şahidi maşınını park edərkən evinin həyətində güclü, parlaq bir işıq görüb.

Bu, ABŞ prezidenti Donald Trampın əmri ilə məxfilikdən çıxarılan NLO sənədlərinin sonuncu hissəsidir.

Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi, Energetika Nazirliyi, FTB və NASA bu genişmiqyaslı qurumlararası layihədə iştirak ediblər.

Əli Babayev