...Tatarıstan rəhbəri Rüstəm Minnixanov bu vəziyyətə xüsusi diqqət yetirilməsini və onun həlli üçün lazımi tədbirlərin görülməsini əmr edib.
...Tatarıstanda bir neçə yanacaqdoldurma məntəqəsində benzin satışı müvəqqəti olaraq məhdudlaşdırılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublika rəhbərinin mətbuat xidməti bildirib.
Hakimiyyət orqanları bəzi yanacaqdoldurma məntəqələrində yanacaq növbələrinin müşahidə olunduğunu təsdiqləyib. Lakin tətbiq edilən məhdudiyyətlər təmir işləri ilə əlaqədar müvəqqəti tədbir kimi təsvir edilib.
Regional rəsmilərin sözlərinə görə, məhdudiyyətlər artan tələbatın qarşısını almaq və istehlakçılar üçün sabit yanacaq tədarükünü qorumaq üçün zəruridir.
Mətbuat xidməti həmçinin qeyd edib ki, Tatarıstan rəhbəri Rüstəm Minnixanov bu vəziyyətə xüsusi diqqət yetirilməsi və onun həlli üçün lazımi tədbirlərin görülməsi barədə göstəriş verib.
Bu arada, digər bölgələrdə də yanacaq qiymətlərinin artması qeydə alınır.
Məsələn, bir həftə əvvəl Xakasiyada sürücülər HTK yanacaqdoldurma məntəqələrində benzin qiymətlərinin şokedici artımı ilə qarşılaşıblar: AI-92 benzininin qiyməti litrə görə 5 rubl, AI-95 benzininin qiyməti isə 3,5 rubldan çox artıb.
Əli Babayev