Ukrayna rus musiqiçisinin çıxışının ləğvini təmin etdi...

14 İyun 2026 20:54 (UTC+04:00)

...Budapeştdə Ukrayna səfirliyinin səyləri sayəsində rusiyalı skripkaçı Vadim Repinin Macarıstan Milli Filarmonik Orkestrinin konsert mövsümünün açılışındakı çıxışı ləğv edildi.

SİA xəbər verir ki, bu barədə "European Pravda" qəzeti məlumat verib. Mövsümün açılışında əsas çıxışı olmalı olan Repinin yerinə macar skripkaçısı gətirilib.

...Marqaret Adası Teatrı (Margitszigeti Színház) Macarıstanda, Mərkəzi və Şərqi Avropada ən nüfuzlu yay teatr məkanlarından biridir.

Budapeştin mərkəzində, Marqaret adasında yerləşən teatr hər yay yay festivalı çərçivəsində 70-dən çox mədəni tədbirə ev sahibliyi edir və aparıcı macar, beynəlxalq sənətçilərin iştirakı ilə opera, balet, müzikl, klassik və müasir musiqi təqdim edir, - deyə Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib.

Bəyanatda həmçinin vurğulanır ki, "Rusiya mədəniyyəti beynəlxalq platformalarda yer almamalı olan soyqırım və müharibə cinayətləri mədəniyyətidir".

Ukrayna Xarici İşlər Nazirliyi sonda bildirib ki, "Ukrayna diplomatiyası Rusiya mədəni məkanının nümayəndələrini qlobal mədəniyyət sənayesindən təcrid etmək üçün ardıcıl olaraq çalışmağa davam edəcək".

Əli Babayev