Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində bu gün yarımfinal oyununa çıxacaqlar.
SİA-nın məlumatına görə, qadınlardan ibarət yığma Kosovo ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Kişilərdən ibarət komanda isə Kiprlə qarşılaşacaq. Bu görüşə saat 19:00-da start veriləcək.
Qeyd edək ki, kişilərdən ibarət kollektiv qrup mərhələsində Malta (18:16) və San Marinonu (21:20) məğlub edib, Albaniyaya isə uduzub (20:21). Qadınlardan ibarət yığma isə Kipr (16:10) və Maltadan (15:14) güclü olub.