Şəki sakini Bakıda keçmiş həyat yoldaşı və qayınanasını qətlə yetirib

14 İyun 2026 11:47 (UTC+04:00)

Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib.

SİA-nın məlumatına görə, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib.

Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V. Lütfəliyev özünü öldürüb.

Məlumata görə, Xəyalə və İradə Böyük Dəhnə kəndində, Vüsal Lütfəliyev isə Cəfərabad kəndində dəfn olunacaq.

Faktla bağlı araşdırma aparılır.