Rusiyanın paytaxtı Moskvada fəaliyyət göstərən ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkələri yanacaq satışına məhdudiyyətlər tətbiq etməyə başlayıb. Rusiya mediasının yazdığına görə, Aİ-92 və Aİ-95 markalı benzinlər üçün 20 litrə qədər, dizel yanacağı üçün isə 40 litrə qədər limitlər qüvvədədir.
Bildirilir ki, iyunun 12-də tətbiq edilən bu məhdudiyyətlər qısa müddətdə şirkətin Sankt-Peterburqdakı yanacaqdoldurma məntəqələrinə də şamil olunub. Hazırda Moskvadakı "Rosneft" YDM-lərində bir avtomobil və ya bidon üçün ümumilikdə maksimum 90 litr yanacaq limiti müəyyən edilib, "Lukoyl" stansiyalarında isə bir qəbz üzrə satış 100 litrlə məhdudlaşdırılıb.
Mətləb