Ukrayna Rusiyadakı partlayıcı zavodu bombaladı

13 İyun 2026 23:19 (UTC+04:00)

Bu gün Ukrayna PUA-ları Krımın Armyansk şəhərində yerləşən "Krımski Titan" zavoduna zərbə endirib. Bu barədə “Unian” məlumat yayıb.

Bildirilib ki, həmin obyekt böyük sulfat turşusu və titan dioksid zavodudur. Burada barıt, raket yanacağı və partlayıcı maddələr üçün əsas xammal istehsal olunur. Məlumata görə, zərbə nəticəsində zavodda yanğın başlayıb. Zavodun fəaliyyəti dayandırılıb.

Mətləb