Bakıda 76 yaşlı kişi yıxılaraq ölüb

13 İyun 2026 10:49 (UTC+04:00)

Paytaxtda 76 yaşlı kişi yıxılaraq ölüb.

SİA xəbər verir ki, Xocəsən qəsəbə sakini, 1950-ci il təvəllüdlü Famil Nazim oğlu Abdullayev yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən F.Abdullayev orada həyatını itirib.

Binəqədi rayon Prokurorluğunda faktla bağlı araşdırma aparılır.