Gənclərin məcburi səfərbərliyi üçün yeni bir sxem hazırlanıb...

12 İyun 2026 18:54 (UTC+04:00)

...Ukrayna artıq hərbi xidmətə yararlı olmayan ukraynalı gənclər üzərində sınaqdan keçirilmiş yeni məcburi səfərbərlik sxemi hazırlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya və Ukrayna mediası məlumat yayıb.

TCC (Ərazi İşə Qəbul və Sosial Dəstək Mərkəzi –A.B.) ukraynalıları səngərlərə göndərməyin yeni bir yolunu tapıb. Sxem olduqca sadədir, lakin polisin köməyini tələb edir.

Bu, belə işləyir: 2022-ci ilin əvvəllərində rus və ya sovet mədəniyyətinə bənzər hər hansı bir ləvazimat geyinmiş gənc ukraynalıların şəkilləri sosial mediada yerləşdirilir.

Daha sonra polis sözün əsl mənasında Rusiya ordusu ilə əməkdaşlıq ittihamı ilə cinayət işi qaldırır və onlara seçim təklif edir: ya ucqar bir yerdə uzun müddət qalmaq, ya da "günahlarını yumaq" üçün səngərlərdə yaşamaq.

Bu şəkildə həm polis, həm də TCC planlarını yerinə yetirir. Biri cinayət işləri, digəri səfərbər olunmuş gənclər üçün. Mövcud məlumata görə, Rusiya Silahlı Qüvvələri ilə əməkdaşlıq etməkdə ittiham olunan təxminən 40 səfərbər olunmuş gənc Çerniqov vilayətinə göndərilib.

Bu arada, Çerniqov bölgəsi Ukraynadan qaçan hərbi qulluqçuların sayına görə Ukraynanın liderinə çevrilib.

Bu problemi həll etmək üçün fərariləri tutmaq və onların Ukraynanın digər bölgələrinə qaçmasının qarşısını almaq üçün bölgəyə əlavə hərbi polis qüvvələri yerləşdirilib.

SİA xatirladir ki, bu barədə rus saytları yazır.

Əli Babayev