İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ ilə hazırlanan memorandumun mətni üzrə razılaşma demək olar ki, əldə olunub.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İ. Bəqai açıqlamasında: "Sənədin formalaşdırılması baxımından əsas məqamlar praktiki olaraq razılaşdırılıb. Lakin ABŞ-ın ziddiyyətli mövqeyi bu prosesdə dəfələrlə çətinliklər və gecikmələr yaradıb". - deyə İ. Bəqai qeyd edib.
İran rəsmisi danışıqlar prosesinin uzanmasının səbəblərinə də toxunub.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bu həftəsonu Avropada imzalana biləcəyini bildirmişdi.
ABŞ və İran arasında danışıqlar fonunda Yaxın Şərqdə gərginlik yenidən artıb. Məlumatlara görə, Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus hərbi helikopterin vurulması vəziyyətin daha da kəskinləşməsinə səbəb olub.
İddialara əsasən, 11 iyun gecəsi ABŞ İrana 49 ədəd "Tomahawk" qanadlı raketi ilə zərbələr endirib. Tehran isə buna cavab olaraq bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb və hörmüz boğazı vasitəsilə tankerlərin və ticarət gəmilərinin hərəkətini məhdudlaşdırıb.
Lətifə Abdıyeva