"Gəncə" voleybol klubu heyətini yeni transferlə gücləndirib.
SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı Militsa Vukoviçlə müqavilə imzalanıb.
Təcrübəli oyunçu karyerası ərzində Serbiya və Portuqaliya çempionatlarında çıxış edib.
Onun son klubu Azərbaycanın "Abşeron" komandası olub.