"ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri iyunun 15-də fəaliyyət göstərməyəcək

12 İyun 2026 14:42 (UTC+04:00)

Milli Qurtuluş Günü ilə əlaqədar iyunun 15-də "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 16-dan etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.