Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulur

12 İyun 2026 13:35 (UTC+04:00)

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilmiş iclasında "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanun layihəsi qəbul olunub.

SİA xəbər verir ki, Konvensiya 2001-ci il oktyabrın 5-də Böyük Britaniyanın paytaxtı Londonda imzalanıb.

Sənəd müzakirələrdəmn sonra səsə qoyularaq təsdiq edilib.