Avropa Liqası: Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Rumıniya ilə qarşılaşacaq

12 İyun 2026 09:55 (UTC+04:00)

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün ilk matçına çıxacaq.

SİA-nın məlumatına görə, Boris Qrebennikovun komandası Rumıniya ilə üz-üzə gələcək.

Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək.