Bu gün futbol üzrə 23-cü dünya çempionatı start götürüb. Əvvəlcə turnirin rəsmi açıllş mərasimi olub. İlk dəfə olaraq mundial 48 komandanın (əvvəllər 32) iştirakı ilə 3 fərqli ölkədə - ABŞ, Meksika və Kanadada təşkil olunur. Bu, futbol tarixinin ən böyük mundialı sayılır.
Dünya çempionatında 104 oyun olacaq və onlar 16 müxtəlif şəhərdə keçiriləcək. 48 komanda 12 qrupa bölünüb. Hər qrupda 4 komanda var. Qrupda 1-2-ci yerləri tutanlar, eləcə də ən yaxşı nəticə göstərən 8 qrup üçüncüsü 1/16 finala vəsiqə əldə edəcək.
Açılış oyunu bu gün A qrupunda Meksika ilə CAR arasında keçirilib. Oyun Mexikodakı 87 min 500 tamaşaçı tutumuna malik “Estadio Azteca” stadionunda keçirilib. Qarşılaşma Meksikanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Final oyunu isə iyulun 19-u ABŞ-a, Nyu-Yorkdakı “MetLife Stadium”a təyin edilib.
A qrupu
23:00. Meksika - CAR - 2:0 (Birinci hissə)
Baş hakim: Vilton Sampayo (Braziliya)
Qol: 9-cu dəqiqə Xulian Kinyones, 67-ci dəqiqədə Raul Ximenes
Qırmızı vərəqələr: Yaya Sizole, 49 (CAR), Zemba Zvane, 84 (CAR)
12 iyun
12 iyun
06:00. Cənubi Koreya – Çexiya (A qrupu)
Mətləb