Türkiyə və Ukrayna müdafiə nazirləri görüşüblər

12 İyun 2026 00:05 (UTC+04:00)

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla görüşüb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlər, regional müdafiə və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Mətləb