ABŞ Prezidenti Donald Tramp "Fox Nyus" telekanalına açıqlamasında bölgədəki kürdlər barədə danışıb. O bəyan edib ki, Vaşinqton İran hökumətini devirmələri üçün silahı ölkədəki hakimiyyət əleyhdarlarına ötürməyə çalışıb, amma regional müttəfiqlər ABŞ-ı pis vəziyyətdə qoyub.
Trampın sözlərinə görə, ABŞ silahı İranda yaşayan və hakimiyyəti dəstəkləməyən kürdlərə verib, lakin onlar silahı başqalarına ötürmək əvəzinə özləri üçün saxlayıblar. "Kürdlər bizi pis vəziyyətdə qoydu. Amma mən bunu unutmayacağam", - o bildirib.
Mətləb