FİFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SİA xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası siyahıda 2 pillə geriləyib.
Ötən ay reyntinqdə 124-cü olan Ayxan Abbasovun komandası indi 126-cı yeri tutur (1132.00 xal). Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən olan Litva millisi 149-cu (1056.85), Lixtentşteyn isə 206-cu yeri tutur (797.70). Reytinqə əvvəlkitək son dünya çempionu Argentina millisi (1877.27) başçılıq edir.
Mətləb