“Azərbaycan–Yaponiya əlaqələrinin genişlənməsi qarşılıqlı maraqlara xidmət edir” - ŞƏRH

11 İyun 2026 16:50 (UTC+04:00)

“Azərbaycan bütün ölkələrlə mehriban qonşuluq siyasəti yürüdür və dünyanın aparıcı ölkələri ilə sıx siyasi münasibətlər qurmağa çalışır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Yaponiya ilə bizim mehriban qonşuluq, tərəfdaşlıq və eyni zamanda qarşılıqlı iqtisadi maraqlara əsaslanan münasibətlərimiz var:

“Bu əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın maraqlarına uyğundur.

Azərbaycan tərəfi birtərəfli qaydada Yaponiya vətəndaşları üçün viza rejimini ləğv etmək qərarına gəlib. Bu, Azərbaycanın digər ölkələr üçün yaratdığı əlverişli şəraitin və açıq əməkdaşlıq siyasətinin nümunəsidir.

Bundan sonra da digər ölkələrlə münasibətlərimizin daha da dərinləşdirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək. Bu əməkdaşlıqdan həm Azərbaycan, həm də dost və tərəfdaş dövlətlər fayda əldə edəcəklər”.