Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq

11 İyun 2026 14:31 (UTC+04:00)

Azərbaycanın "kyokuşin (kay) senşi karate" üslubu üzrə yığması Polşanın Belostok şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Bu barədə SİA-ya Azərbaycan Karate Federasiyasından (AKF) bildirilib.

Yığma AKF-nin baş katibi Qabil Sayadovun və baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında ölkəmizi nüfuzlu beynəlxalq yarışda təmsil edəcək.