Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq

11 İyun 2026 10:17 (UTC+04:00)

İyulun 4-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq.

Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

"Hərəkət cədvəli ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz", - ADY-dən bildirilib.