Xalq artisti gələn həftə oğluna toy edir

11 İyun 2026 01:20 (UTC+04:00)

Xalq artisti Zabit Nəbizadənin oğlu Əmrahın toy tarixi bəlli olub. Bu barədə aparıcı Mətanət Əliverdiyeva “Xəzər axşamı” verilişində məlumat verib.

O bildirib ki, toy mərasimi iyunun 15-də Bakıdakı restoranların birində keçiriləcək və məclisin aparıcılığı da ona həvalə olunub. Qeyd edək ki, Əmrah Aysun adlı xanımla ailə qurmağa hazırlaşır. Cütlüyün nişanı ötən ay baş tutub.

Mətləb