İngiltərənin “Tottenhem” klubu “Bornmut”un mərkəz müdafiəçisi Markos Senesini heyətinə qatıb. SİA-nın məlumatına görə, bu barədə İngiltərə klubu məlumat yayıb. Argentinalı futbolçu London təmsilçisi ilə 2030-cu ilə qədər müqavilə imzalayıb və komandada 5 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Senesi 2022-ci ildə “Feyenoord”dan “Bornmut”a 12,6 milyon funt sterlinq qarşılığında keçib. O, müqaviləsini yeniləməkdən imtina edərək azad agent kimi “Tottenhem”ə qoşulub.