...Toyota şirkətinin sədri Akio Toyoda, avtomobil istehsalçılarının elektrikli nəqliyyat vasitələrinə qlobal keçidi fonunda daxili yanma mühərriklərini müdafiə etməkdə özünü “çox tənha” hiss etdiyini söyləyib.
O, sənayenin sürətlə elektrikli nəqliyyat vasitələrinə doğru irəlilədiyini və ənənəvi mühərriklərin tədricən keçmişdə qalacağından qorxduğunu söyləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Motor1 yazır.
Eyni zamanda, Toyoda dünyanın bir çox bölgəsində elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun hələ də inkişaf etmədiyini vurğulayır.
Ardıcıl olaraq altıncı ildir dünyanın ən böyük avtomobil istehsalçısı statusuna malik Toyota, yeni modelləri fəal şəkildə inkişaf etdirməsinə baxmayaraq, tamamilə elektrikli nəqliyyat vasitələri seqmentində rəqiblərindən geri qalıb. Toyoda həmçinin qeyd edib ki, elektrikli nəqliyyat vasitələrinin təbiətcə daha ekoloji cəhətdən təmiz olması fikri ilə razı deyil.
O, batareyaların və enerji mənbələrinin istehsalını nəzərə alsaq, onların karbon izinin hibridlərdən daha yüksək ola biləcəyini təxmin edir.
Ümumi tendensiyaya baxmayaraq, Toyota daxili yanma mühərriklərindən imtina etmir.
Şirkət Gazoo Racing bölməsini inkişaf etdirir, yeni benzin və hibrid mühərriklər üzərində işləyir və eləcə də hidrogen texnologiyası da daxil olmaqla alternativ yanacaqlarla təcrübələr aparır.
Əli Babayev