Bakı-Tokio investisiya müqaviləsinin hazırlanması prosesi müzakirə olunub

10 İyun 2026 15:39 (UTC+04:00)

Azərbaycan və Yaponiya investisiyaların təşviqi və qorunması haqqında saziş üzərində işin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

SİA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov və yaponiyalı həmkarı Toşimitsu Moteqinin görüşünə dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

"Bu, investisiyaların qorunması üçün təkmilləşdirilmiş hüquqi bazanı təmin edəcək və hər iki ölkədə yeni biznes imkanlarının yaradılmasına töhfə verəcək", - o bildirib.

Qurumdan vurğulayıblar ki, nazirlər Azərbaycan-Yaponiya Birgə İqtisadi Komissiyasının iqtisadi əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verdiyini qeyd edib, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi üçün göstərilən səyləri alqışlayıblar.

"Onlar Azərbaycan-Yaponiya İnvestisiya Sazişi üzərində işlərin sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Bu saziş investisiyaların qorunması üçün daha etibarlı hüquqi baza yaradacaq və hər iki ölkədə biznes üçün yeni imkanlar açacaq", - məlumatda qeyd olunub.