Ceyhun Bayramov və Toşimitsu Moteqi ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər

10 İyun 2026 15:38 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.

SİA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki rəsmi səhifəsində paylaşım edilib.

"Səfər iki ölkənin ikitərəfli münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir", - məlumatda qeyd olunub.