Biləcəridə hoteldən kişi meyiti tapılıb

10 İyun 2026 01:21 (UTC+04:00)

Bakının Binəqədi rayonunda hoteldə ölüm hadisəsi baş verib. Belə ki, iyunun 8-i saat 19 radələrində Şəmkir rayon sakini 1969-cu il təvəllüdlü Y.Bayramovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti Biləcəri qəsəbəsinin ərazisində yerləşən hoteldə tapılıb.

Onun hansı səbəbdən vəfat etməsi məlum deyil. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətləb