Şahbuza diametri 1 santimetr olan dolu yağıb - FAKT

9 İyun 2026 22:19 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür. Muxtar respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən bildirilib ki, muxtar respublikanın bəzi dağlıq və dağətəyi zonalarında yağıntı müşahidə olunur.

Şahbuz rayonunun Kükü kəndinə isə dolu düşüb. Dolunun diametri 1 santimetr təşkil edib.

Mətləb