Azərbaycanın I-S dərəcəli güləş hakimləri Asif Şirəliyev və Sədi Quliyev Qazaxıstanın paytaxtı Astanada keçiriləcək böyüklər arasında dünya çempionatında iş başında olacaqlar.
Bu barədə SİA-ya Azərbaycan Güləş Federasiyasından məlumat verilib.
Ədalət təmsilçiləri Dünya Güləş Birliyinin (UWW) açıqladığı siyahıda yer alıblar.
Xatırladaq ki, yarış oktyabrın 24-dən noyabrın 1-dək təşkil olunacaq.