Dr.Nazilə Hüseynova Bakı Qida Davranışı Pozuntuları Simpoziumunda təqdimatla çıxış edib

9 İyun 2026 16:17 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin pediatrı Nazilə Hüseynova 6 iyun 2026-cı il tarixində Azərbaycan Psixologiya Assosiasiyasının təşkilatçılığı ilə keçirilən Bakı Qida Davranışı Pozuntuları Simpoziumunda “Uşaq və yeniyetmələrdə tibbi qiymətləndirmə: böyümə əyriliyi və erkən aşkarlanma” mövzusunda təqdimatla çıxış edib. Nazilə həkim çıxış zamanı uşaqlarda böyümə və inkişaf göstəricilərinin düzgün monitorinqi, qida davranışı pozuntularının erkən mərhələdə aşkarlanmasının əhəmiyyəti, eləcə də vaxtında aparılan tibbi qiymətləndirmənin klinik nəticələrə təsiri barədə elmi əsaslı məlumatlar diqqətə çatdırılıb.