Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə gübrə ilə yüklənmiş 12 vaqon (828 ton) və antrasitlə yüklənmiş 6 vaqon (414 ton) göndərilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, vaqonlar Biləcəri Stansiyasından Böyük-Kasık Stansiyasına hərəkət edəcək.
Bundan əvvəl Rusiyadan Ermənistana Azərbaycan vasitəsilə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq yarması daşınıb.
Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsulları da ixrac edir. Bu günə qədər 12 min tondan çox dizel yanacağı, 979 tondan çox Aİ-92 benzini və 2955 tondan çox Aİ-95 benzini tədarük edilib.
Lətifə Abdıyeva