"İnter"in müdafiəçisi İspaniyaya transfer olunub

9 İyun 2026 15:22 (UTC+04:00)

Ulduz müdafiəçi Denzel Damfris İtaliya A Seriyasından ayrılaraq İspaniya La Liqasının nəhənglərindən birinə keçib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, "Real Madrid" Denzel Damfrislə müqavilə imzalayıb. Mməlumata görə, "İnter" Hollandiya millisinin oyunçusu üçün 20 milyon avro alacaq.

Madrid klubunun 30 yaşlı hollandiyalı ilə 2030-cu ilə qədər müqavilə imzaladığı dəqiqləşdirilib .Məlum olduğu kimi, Damfris 2025/26 Serie A mövsümündə 3 qol vurub və 1 məhsuldar ötürmə edib.