Türkiyənin Batumi şəhərindəki baş konsulu Adnan Altay Altınörsün kazinoda çəkilmiş fotolarının sosial şəbəkələrdə yayılmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı dərhal tədbir görüb.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Altınörs təcili şəkildə Ankaraya – nazirliyin mərkəzi aparatına geri çağırılıb. Onun yerinə isə daha əvvəl Karlsrue Baş Konsulu vəzifəsində çalışmış, hazırda Tbilisidəki Türkiyə Səfirliyinin müşaviri olan Banu Terzioğlu təyin edilib.
Türkiyənin Gürcüstandakı diplomatik nümayəndəliklərindən biri olan Batumi Baş Konsulluğunda gözlənilməz böhran yaranıb. Baş konsul Adnan Altay Altınörsün kazinoda çəkilmiş görüntülərinin sosial media platformalarında yayılması diplomatik dairələrdə geniş rezonans doğurub.
Məlumata görə, görüntülərin sürətlə yayılmasından sonra Türkiyə Xarici İşlər Nazirliyi məsələyə həssas yanaşaraq araşdırmaya başlayıb. Nəticədə Altınörs vəzifəsindən uzaqlaşdırılaraq təcili qaydada Ankaraya geri çağırılıb.
Boş qalan Batumi Baş Konsulu vəzifəsinə isə Tbilisidəki Türkiyə Səfirliyinin müşaviri Banu Terzioğlu təyin olunub. Terzioğlu bundan əvvəl Almaniyanın Karlsrue şəhərində baş konsul kimi fəaliyyət göstərib və diplomatik sahədə zəngin təcrübəyə malikdir.
Lətifə Abdıyeva