"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq

9 İyun 2026 12:12 (UTC+04:00)

"Neftçi" komandasının 2026/2027 mövsümü üçün yay hazırlıq planı böyük ölçüdə bəlli olub.

SİA-nın əldə etdiyi məlumata görə, "ağ-qaralar" iyunun 10-da Bakıda toplaşacaq.

Paytaxt təmsilçisi bundan təxminən bir həftə sonra Sloveniyaya yollanacaq. Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv burada 3-4 yoxlama oyunu keçirmək niyyətindədir.

Qeyd edək ki, "Neftçi" növbəti mövsüm UEFA Konfrans Liqasında iştirak edəcək.