Azərbaycanın U-21 millisi Türkiyədəki toplanışda ikinci oyununu keçirəcək

9 İyun 2026 09:42 (UTC+04:00)

Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxacaq.

SİA-nın məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş "Sav" stadionunda, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycanın U-21 millisi iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.