Bu gün Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndlərinin təbii qaz təchizatında fasilə yaranacaq. Bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb. Buna səbəb payız-qış mövsümünə hazırlıq işlərinin aparılmasıdır.
Məlumata görə, iyunun 9-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək adıçəkilən yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Mətləb