...Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyası parlamentdə yer qazana bilmir.
SİA xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 100 faizi hesablandıqdan sonra o, səslərin 3,996 faizini toplayıb.
Yenilənmiş məlumatlara görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,825 faiz, “Güclü Ermənistan” bloku 23,281 faiz, “Ermənistan” bloku isə 9,934 faiz səs toplayıb.
Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Hovakimyan nəticələrin elektron səsvermə məlumatlarını daxil etmədiyi üçün düzəldildiyini bildirib.
...Belarus saytlarının yazdığına görə, Qaqik Tsarukyanın və Aleksandr Lukaşenko arasında sıx əlaqələr mövcuddur - Tsarukyanın onu “dostu” adlandırdığı bildirilir. Ermənistandakı Belarus səfirliyi Tsarukyanın Yerevanın kənarındakı Arinc kəndindəki malikanəsinin yanında yerləşir.
Əli Babayev